7 Sentyabr 16:32 İordaniya kralı FİFA-ya namizədliyini yenidən irəli sürdü
FUTBOL xəbərləri 7 Sentyabr 16:32
550 baxış

İordaniya kralı FİFA-ya namizədliyini yenidən irəli sürdü

İordaniya kralı Əli ibn Əl-Hüseyn FİFA prezidentliyinə namizədliyini yenidən irəli sürüb. Apasport.az saytı xarici mətbuata istinadən xəbə verir ki, bu barədə kralın özü məlumat verib.

 

O bildirib ki, artıq bir neçə federasiya rəhbərliyi ilə danışığa başlayıb: “Hazırda bir neçə ölkənin futbol federasiyası ilə danışıqlar aparıram. Namizədliyimi irəli sürmək niyyətindəyəm. Görək, istəyimə çatacağammı?”.  

 

Qeyd edək ki, Əli ibn Əl-Hüseyn mayın 29-da Sürixdə keçirilən seçkilərdə Yozef Blatterin yeganə rəqibi idi. Ancaq səsvermənin ikinci mərhələsində kral namizədliyini geri çəkmişdi. 

Xəbər lenti