9 Sentyabr 20:56 İordaniya şahzadəsi yenidən namizəd olacaq
FUTBOL xəbərləri 9 Sentyabr 20:56
459 baxış

İordaniya şahzadəsi yenidən namizəd olacaq

İordaniya şahzadəsi Əli bin Əl Hüseyn yenidən FİFA prezidentliyinə namizəd olacaq. Apasport.az saytının məlumatına görə, bu barədə şahzadə özü məlumat verib.

 

May ayındakı seçimlərdə hazırkı prezident Yozep Blatterə məğlub olan Əl Hüseyn yenidən dünya futbolunun başına keçmək üçün yarışacaq.

 

39 yaşlı şahzadə bu dəfə digər futbol funksioneri Mişel Platini ilə mübarizə aparacaq.

Xəbər lenti