9 Oktyabr 19:33 İrlandiyaya məğlubiyyət Almaniyaya baha başa gəldi
FUTBOL xəbərləri 9 Oktyabr 19:33
1162 baxış

İrlandiyaya məğlubiyyət Almaniyaya baha başa gəldi

Almaniya milli komandasının üzvü Mario Götse zədələnib. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın futbolçusu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı oyunda (0:1) sıradan çıxıb.

 

İlkin müayinələrdən sonra gənc yarımmüdafiəçinin uzun müddət oynamayacağı dəqiqləşib.

 

Əzələsində geniş miqyaslı yırtıq əmələ gələn Götse 10-12 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər lenti