10 İyul 13:34 İslandiya ilə 3-cü, serbiyalılarla 6-cı duel
FUTBOL xəbərləri 10 İyul 13:34
725 baxış

İslandiya ilə 3-cü, serbiyalılarla 6-cı duel

Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan klublarının qarşılaşacağı rəqiblərin təmsil etdiyi ölkələrlə əvvəllər də qarşılaşmışıq. Apasport.az saytının məlumatına görə, Serbiyanın “Çukarişki” klubu ilə görüşəcək “Qəbələ”yədək iki ölkə təmsilçiləri 5 dəfə üz-üzə gəlib.

 

Balkanlılarla görüşlərdə qələbəsi olmayan komandalarımız 4 heç-heçə edib və 6 dəfə uduzub.

 

“İnter”in qarşılaşacağı “Hafnarfyordur” isə İslandiyanın 2 komandasından biridi ki, təmsilçilərimizlə görüşüb. 2005-ci ildə “Neftçi” ilə üz-üzə gələn bu komanda hər iki oyunda bakılılara  yenilib.

 

Əvəzində “Viləş” “Qrindavik”ə hər iki matçda uduzub. Ada təmsilçiləri ilə qarşılaşmalarda 2 qələbə və 2 məğlubiyyəti olan klublarımız top fərqində minimal üstünlüyə malikdi.

 

Avrokuboklarda Azərbaycan – Serbiya duelləri

1999/2000, UEFA kuboku

 “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3, 0:1

2008/09, Çempionlar Liqası

“İnter” – “Partizan” (Serbiya) - 1:1, 0:2

2008/09, UEFA kuboku

“Voyvodina” (Serbiya) – “Olimpik” - 1:0, 1:1

2012/13, Avropa Liqası

“Partizan” (Serbiya) – “Neftçi” - 0:0, 1:1

2013/14, Avropa Liqası

“Partizan” (Serbiya) – “Neftçi” - 3:2, 2:1

 

Avrokuboklarda Azərbaycan – İslandiya dielləri

2001/02, İntertoto kuboku

“Qrindavik” (İslandiya) – “Viləş” - 1:0, 2:1

2005/06, Çempionlar Liqası

“Neftçi” – “Hafnarfyordur” (İslandiya) - 2:0, 2:1

 

 

Xəbər lenti

Xəbər lenti