25 İyul 09:29 İslandiyalı futbolçu: Qırmızı vərəqə oyunumuza təsir etdi
FUTBOL xəbərləri 25 İyul 09:29
8366 baxış

İslandiyalı futbolçu: Qırmızı vərəqə oyunumuza təsir etdi

“Inter”lə Bakıdakı oyunda kifayət qədər yaxşı oynadıq. Amma qırmızı vərəqə alıb, azlıqda qalmağımız oyunumuza təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İslandiyanın “Hafnarfyordur” klubunun futbolçusu David Tor Vidarsson deyib.

 

O, Avropa Liqasının II təsnifat mərhələsinin “İnter”lə Bakıdakı cavab oyunu haqda fikirlərini açıqlayıb: “Hər iki matçda qırmızı vərəqəni tez aldığımızdan xeyli müddət say üstünlüyü rəqibdə oldu. Əminəm ki, hər iki qarşılaşmanı tam heyətlə keçirsəydik, mərhələ adlaya bilərdik. Yəqin ki, bu qarşılaşma bəxtimizin ən çox gətirmədiyi 3 oyundan biridi. Amma yenə oyunumuzla qürur duyuram”.

 

Qeyd edək ki, səfərdə 2:1 hesabı ilə qalib gələn “İnter” evdə eyni hesabla yenilsə də, əlavə vaxtda vurulan qolla islandiyalıları mübarizdən kənarlaşdırıb.

Xəbər lenti