12 Noyabr 21:46 İsmail Kartal cəmi bir ay dözdü
FUTBOL xəbərləri 12 Noyabr 21:46
643 baxış

İsmail Kartal cəmi bir ay dözdü

Türkiyə Superliqası klublarından “Əskişəhərspor” yenə baş məşqçisiz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, cəmi bir aydır bu vəzifəyə təyin olunmuş İsmail Kartal postundan istefa verib.

 

Alman məşqçi Mixail Skibbenin gedişindən sonra oktyabr ayında komandanın başına keçən Kartal qısa müddət sonra kludan ayrılmaq qərarına gəlib. Bu barədə “Es-Es”in prezidenti Məsut Bakkal açıqlama verib.

Xəbər lenti