8 Noyabr 20:35 "İstefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var"
FUTBOL xəbərləri 8 Noyabr 20:35
6715 baxış

"İstefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var"

“Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində öz meydanında “Rəvan”a məğlub olan “ağ-qaralar”ın çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb: “Günahkar mənəm və məsuliyyəti öz üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra  oturub dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”. 

Xəbər lenti