12 Noyabr 21:05 “İsveç və Fransa mənim sayəmdə tanınıb, dünya xəritəsinə düşüb”
FUTBOL xəbərləri 12 Noyabr 21:05
3749 baxış

“İsveç və Fransa mənim sayəmdə tanınıb, dünya xəritəsinə düşüb”

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç yenə çox müzakirə olunacaq fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, AVRO – 2016-nın pley-off mərhələsi oyunlarında Danimarka ilə qarşılaşma üçün milli komandanın düşərgəsində olan PSJ-nin üzvü bir fransız jurnalistin Fransadakı karyerası barəsində verdiyi suala belə cavab verib:

 

“İsveç və Fransa mənim sayəmdə tanınıb, dünya xəritəsinə düşüblər”.

 

Bu mövsüm Fransa Liqa 1-də meydana çıxdığı 13 oyunda 9 qol vuran və 6 da məhsuldar ötürmə ilə yadda qalan 34 yaşlı super forvard birinciliyə uğurlu startla bağlı sualı isə belə şərh edib: “Bu il göstərdiyim performans ötən illərdən daha yaxşıdı. Görün hələ gənc olsaydım, nələr edərdim”.

Xəbər lenti