25 Avqust 23:21 İsveçrəlilər Bakıdan, işğal olunmuş torpaqlarımızdan və “Sumqayıt”ın futbolçusundan yazdılar
FUTBOL xəbərləri 25 Avqust 23:21
4598 baxış

İsveçrəlilər Bakıdan, işğal olunmuş torpaqlarımızdan və “Sumqayıt”ın futbolçusundan yazdılar

UEFA Avropa Liqası pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq İsveçrənin “Yanq Boyz” klubunun rəsmi saytı Azərbaycan haqqında geniş yazı dərc edib. Apasport.az saytının məlumatına görə, yazıda Azərbaycan haqqında dolğun məlumatlar əksini tapıb.

 

İsveçrəlilər Azərbaycanın dövlət kimi təşəkkül tapmasından, respublikamızın tarixindən bəhs edərək Qarabağ müharibəsindən də yan keçməyiblər:

 

“1991 -ci ildə Sovet hökumətinin çöküşündən sonra müstəqilliyini geri qaytaran Azərbaycanın Rusiya inqilabından sonra qonşu Ermənistan ilə həll edilməmiş, qaranlıq konfliktləri qalıb”.

 

“Qarabağ”ın işğal olunmuş Ağdamı təmsil etdiyini də vurğulayan isveçrəlilər torpaqlarımızın işğalı mövzusuna da toxunublar:

 

“Rəqib “Qarabağ” klubu Ağdamı təmsil edir. 1993-cü ildə Qarabağ bölgəsinin işğalından bəri paytaxt Bakıda oynayır”.

 

Avropalı həmkarlarımız yazıda Bakı haqqında da xüsusi abzas ayırıblar:

 

“Yeni yüzillikden etibarən neft sənayesinin inkişafı ilə əlaqədar Bakı da sürətlə müasirləşməyə və inkişaf etməyə başladı. 2000-ci illərdən bəri şəhərdə yüksək şəraitli binalar çoxalmağa başladı. Qısa zaman ərzində zənginlik əldə edəndən sonra ölkə paytaxtı metropola çevrildi. 2000-ci ilde qədim İçəri Şəhər UNESCO-nun Dünya Mədəniyyət mirasına daxil edildi və dəyərli ziyarət yerlərindəndir”.

 

Bu il ölkəmizdə keçirilmiş ilk Avropa Oyunlarından da bəhs edən isveçrəlilər gələcəkdə Azərbaycanda keçiriləcək mötəbər yarışlardan - Formula 1 və AVRO-2020-dən də bəhs ediblər:

 

“Bu yaz 1-ci Avropa Oyunları Bakıda keçirilmişdi, növbəti il isə F1-in ustaları Bakı küçələri boyunca sürəcəklər, bütün Avropaya bölüşdürülən AVRO-2020-nin bir çox oyunu da Azərbaycanda keçiriləcək”.

 

Məqalədə Azərbaycan futbolu və Premyer Liqası haqqında da məlumatlar yer alıb:

 

“SSRİ-nin çöküşündən sonra 1992-ci ildə milli liqalarını qurmaq istədilər. UEFA-nın 5 illik qiymətləndirmə sisteminə görə 32-ci yerdə yer alıblar. Ölkə birinciliyində rekordçu 9 titul ilə Bakının “Neftçi” klbudur.

Sonuncu mövsüm isə hər iki cəbhədə qalib olan (Premyer Liqa və ölkə kuboku – red.) “Yanq Boyz”un rəqibi “Qarabağdı” və ağdamlılar Azərbaycanın ən güclü klubu hesab olunur.

 

Məşhur “Transfermarkt.de” saytına görə, “Qarabağ” 10.8 milyon avro dəyərindədir. Amma klub bu göstərici ilə ikinci yerdədir.

Avroliqanın digər iştirakçısı “Qəbələ”nin heyəti qiymətlədirmədə bir az yuxarıdadı (12,95 milyon). Hər iki komanda həftə sonu milli çempionatda qalib gəlib və 3 oyundan sonra 7 xalla cədvələ başçılıq edirlər.

 

Hal-hazırda yüksək dəstədə 7-ci yerdə qərarlaşmış “Sumqayıt”da xarici Pərdis Fercad Azad oynayır. Alman-Azerbaycan ikili vətəndaşlığı olan futbolçu 2012-ci ildən bəri Premyer Liqada oynayır”.