9 Oktyabr 13:50 İtaliya millisi nə vaxt uduzub?
FUTBOL xəbərləri 9 Oktyabr 13:50
792 baxış

İtaliya millisi nə vaxt uduzub?

Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsindəki sabahkı rəqibi İtaliya yığması Bakıya rekordçu kimi gəlib. Apasport.az saytının məlumatına görə, appeninlilər Avropa çempionatları tarixində seçmə mərhələlərdəki ən uzun məğlubiyyətsiz oyunlar seriyasına malikdi.

 

 

Belə ki, son 27 qarşılaşmada uduzmayan italiyalılar bu göstəricidə görünməmiş nailiyyət əldə edib. Bakıda seriyasını 28-ə çatdırmaq arzusunda olan Antonio Kontenin baş məşqçisi olduğu komanda uduzmadığı AVRO-2016-yadək, AVRO-2012-nin seçmə mərhələsini də məğlubiyyətsiz başa vurmuşdu. 2006-cı il sentyabrın 6-da, AVRO-2008-in Fransa ilə seçmə oyunundakı 1:3 hesablı məğlubiyyət italiyalıların son üzüntüsüdü.

 

Ümumiyyətlə isə rəqibimiz fransızlardan aldığı zərbədən sonra təkcə Avropa deyil, dünya çempionatının seçmə matçlarında da yenilməyib. AVRO-2012 və AVRO-2016 ilə yanaşı, DÇ-2010-la DÇ-2014-ün seçmə mərhələlərində də appeninliləri məğlub edən tapılmayıb. Bu seriya artıq 48 oyuna çatıb. Bu müddətdə 37 qələbə qazanıb, 11 heç-heçə edən rəqibimiz Azərbaycanla Bakıdakı və 4 gün sonra Norveçlə evdəki qarşılaşmalarda seriyasını 50-yə çatdıra bilər. Millimiz isə sensasiyaya imza atıb, rəqibinin seriyasını qırmağa çalışacaq. 

Xəbər lenti