6 Oktyabr 09:07 İtaliya millisində daha bir itki
FUTBOL xəbərləri 6 Oktyabr 09:07
572 baxış

İtaliya millisində daha bir itki

İtaliya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Avro-2016-nın seçmə mərhələsindəki rəqibimiz müdafiəçi Davide Santondan sonra hücumçu Domeniko Berardinin də xidmətindən məhrum qalıb.

 

Oktyabrın 10-da Azərbaycan, 13-də isə Norveç yığması ilə üz-üzə gələcək “Skuadra Adzurra”da 21 yaşlı forvard debütantlardan idi. Lakin “Sassuolo”nun üzvü A seriyasının ötən turunda “Empoli” ilə qarşılaşmada zədələnib.

 

Baş məşqçi Antonio Konte Berardinin heyətdən kənarlaşdırılması barədə bunları deyib: “Onun zədəsi ciddi deyil. Lakin ayağında ağrılar olduğunu bildirdi. Bir qədər də qorxurdu. Çünki zədədən yenicə qayıtmışdı, onu riskə atmaq istəmədik. Bu üzdən də Berardinin evinə qayıtmasını məsləhət bildik”. Konte heyətdən çıxarılan forvardın əvəzinə heç kimə dəvət göndərməyəcəyini də vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər lenti