7 Oktyabr 21:10 İtaliya millisində gözlənilməz dəyişiklik
FUTBOL xəbərləri 7 Oktyabr 21:10
689 baxış

İtaliya millisində gözlənilməz dəyişiklik

Avropa Çempionatı-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda millimizlə üz-üzə gələcək İtaliya yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatna görə, "skuadra adzurra"nın baş məşqçisi Antonio Konte zədəsi olan "Napoli"li Lorenso İnsinyenin əvəzinə "Milan"ın yarımmüdafiəçisi Cakomo Bonaventuraya dəvət göndərib.

 

Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya stadionunda baş tutacaq. Görüş saat 21:00-da başlayacaq.

Xəbər lenti