9 Oktyabr 14:47 "İtaliya yığması son illər çox “artırıb” - Qara Qarayev
FUTBOL xəbərləri 9 Oktyabr 14:47
4646 baxış

"İtaliya yığması son illər çox “artırıb” - Qara Qarayev

“Qrupumuzun lideri ilə qarşılaşacağıq. Buna baxmayaraq, onlar Avropa çempionatının final mərhələsinə vəsiqəni hələ təmin etməyiblər. Odu ki, Azərbaycanla oyun İtaliya üçün çox vacibdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamız sabah İtaliyanı qəbul edəcək.

 

Bu görüşlə bağlı UEFA-nın saytına danışan Qarayev “Skuadra Adzurra”nın son illərdə daha da gücləndiyini bildirib: “İtalyanlar Bakıdan qələbə ilə ayrılmaq istəyirlər. Onlar bunu etməklə, sonuncu turun görüşünə rahat çıxmaq niyyətindədilər. İtaliya yığması son illər çox “artırıb”. Güclü heyətə malikdilər”.

 

Rəqibin güclü olduğunu etiraf edən 23 yaşlı yarımmüdafiəçi bununla belə, meydandan yaxşı nəticə ilə ayrılmaq istədiklərini vurğulayıb: “Bizim üçün çox ağır oyun olacaq. Ancaq bu faktdı ki, Azərbaycan millisi son görüşlərdə yaxşı nəticəyə imza atır. Bundan əlavə, doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Bunlar yaxşı nəticəyə ümid etməyə imkan verir”.

 

Qarayev söhbət əsnasında Rəşad Sadıqovun millidə 100-cü oyunu keçirəcəyinə də toxunub: “Rəşad Sadıqov həm “Qarabağ”ın, həm də milli komandanın lideridi. Bu, artıq uzun illərdi ki, belədi. Rəşadın millidə yubiley görüşünə çıxması, özü də bu rəqəmin 100 olması çox şeydən xəbər verir. Arzu edirəm ki, o uğurlu çıxışını davam etdirsin və yığmada 150, 200-ci görüşünü keçirsin”.

 

 

Xəbər lenti