7 Oktyabr 09:48 İtaliya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşdi
FUTBOL xəbərləri 7 Oktyabr 09:48
5336 baxış

İtaliya yığmasının Bakıya gələcəyi tarix müəyyənləşdi

İtaliya yığması Azərbaycana gəlməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Avro-2016-nın seçmə mərhələsində millimizlə qarşılaşacaq “Skuadra Adzurra” sabah səfərə çıxacaq.

 

Bu gün 2 məşq və mətbuat konfransı nəzərdə tutan baş məşqçi Antonio Konte sabah səhər saatlarında sonuncu dəfə komandasını məşqə çıxaracaq. Həmin məşq ictimaiyyətə qapalı olacaq. Heyət isə sabah günün ikinci yarısında çarter reysi ilə Bakıya yola düşəcək. Gecə saatlarında paytaxtımıza enəcək italyanlar “Hilton” otelində məskunlaşacaqlar.

 

İtalyanlar ölkəmizə 44 nəfərlik nümayəndə heyəti ilə gələcək. Bunlardan 27-si futbolçu, 17-si isə texniki heyətdi.

 

“Skuadra Adzurra”nın Bakı proqramı da məlumdu. Komanda oktyabrın 9-da Bakı vaxtı ilə saat 11:30-da burda ilk məşqinə çıxacaq. Axşam saat 20:30-da dünya və Avropa çempionu oyun öncəsi Bakı Olimpiya Stadionuna ayaq basacaq və bu məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq. Məşqdən sonra Antonio Konte mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Oktyabrın 10-da baş tutacaq qarşılaşmadan dərhal sonra isə millimizin rəqibi Romaya qayıdacaq və Norveçlə görüşün hazırlığına başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan – Norveç oyunu oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti