7 Oktyabr 11:53 “İtaliyanı büdrədə bilərik” – Arif Daşdəmirov
FUTBOL xəbərləri 7 Oktyabr 11:53
5608 baxış

“İtaliyanı büdrədə bilərik” – Arif Daşdəmirov

“İtaliya ilə oyunun əhəmiyyəti bizim üçün böyükdü. Çünki bu matçda bir neçə ilk yaşanacaq”. Bunu apasport.az saytına Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov deyib.

 

Milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanı qəbul edəcək, bundan 3 gün sonra isə Bolqarıstanla səfərdə üz-üzə gələcək. Daşdəmirov İtaliya ilə qarşılaşmada böyük ajiotaj olmasını gözlədiyini bildirib: “Bakı Olimpiya Stadionunun açılışını edəcəyik. Yığmamızın bu arenada ilk matçını italyanlara qarşı keçirməsinin də ayrı önəmi var. Meydançaya çıxsam, buna şad olaram. Azarkeşlərin tribunaları dolduracağına inanıram. Çünki həm rəqib İtaliyadı, həm də biz son vaxtlar uğurlu çıxış edirik”.

 

“Qəbələ”nin müdafiəçisi dünya və Avropa çempionundan xal almağın mümkünlüyünü vurğulayıb: “Norveçlə səfərdə, Xorvatiya ilə evdə bərabərə qaldıq. Nəzərə alaq ki, xorvatlar hazırda dünyanın ən güclü yığmalarından biridi. Bu onu göstərir ki, İtaliya millisini də büdrədə bilərik. Hətta Xorvatiya ilə oyundakı kimi çıxış edə bilsək, qələbə da qazana bilərik. İki klubumuzun Avropa Liqasının qrupunda mübarizə aparması da təcrübə baxımından bizə çox kömək edib. Bu təcrübədən yığmanın oyununda da yararlanmaq lazımdı”.

 

Qeyd edək ki, 2010-cu ildən əsas yığmaya dəvət alan Arif Daşdəmirov ümumilikdə 7 oyunda iştirak edib.

Xəbər lenti