8 Oktyabr 12:39 İvaylo Petev Azərbaycanla oyunla bağlı planlarını açıqladı
FUTBOL xəbərləri 8 Oktyabr 12:39
4945 baxış

İvaylo Petev Azərbaycanla oyunla bağlı planlarını açıqladı

“Xorvatiya və Azərbaycanla oyunlarda heyətdə bəzi dəyişikliklər edəcəm. Komandaya dəvət etdiyim futbolçuların bəziləri bu görüşlərdə debüt etmək imkanı qazanacaqlar”. Apasport.az saytının məlumatına görə, bunu Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.

 

Avro-2016-nın seçmə mərhələsində H qrupunda yer alan bolqarlar son matçlarını Xorvatiya və Azərbaycan millilərinə qarşı keçirəcəklər. Petev isə ötən ay Norveç və İtaliya ilə qarşılaşmalarda iştirak edən bəzi oyunçulara bu dəfə dəvət göndərməyib. Əvəzində Anton Karaçanakov, Anton Nedyalkov, Georgi Kostadinov, Asen Georgiyev kimi gənc futbolçular əsas millidə debüt etmək şansı əldə edəcəklər. Həmçinin Plamen İliyev, Strahil Popov, Jivko Milanov və İvan İvanov yenidən milliyə qaytarılıblar.

 

İvaylo Petev bu dəyişikliklərə baxmayaraq, komandasına güvəndiyini bildirib: “Bəzi futbolçular ötən ay sıx qrafikdə çıxış etdilər. Məsələn, Svetoslav Dyakov, Yordan Minev və Veselin Minev kimi oyunçuların istirahət etməli olduqlarını düşündüm. Komandada heç kim yerini təmin etməyib. İnanıram ki, hazırkı heyətlə həm Xorvatiyanı, həm də Azərbaycanı məğlub edə biləcəyik”.

 

Qeyd edək ki, oktyabrın 10-da Zaqrebdə Xorvatiyanın qonağı olacaq Bolqarıstan millisi 3 gündən sonra Sofiyada yığmamızı qəbul edəcək.

Xəbər lenti