8 Sentyabr 10:26 İvaylo Petev istefa verməyə hazırdı: ...adımı dəli qoyarsız
FUTBOL xəbərləri 8 Sentyabr 10:26
6476 baxış

İvaylo Petev istefa verməyə hazırdı: ...adımı dəli qoyarsız

“Əgər uğursuz nəticələrin səbəbkarı mənəmsə, sabah istefa ərizəmi yaza bilərəm. Lazım gəlsə, hətta 10 dəqiqə sonra da bunu etməyə hazıram”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.

 

Avro-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan bolqarlar bu ay keçirdikləri görüşlərdə əvvəlcə Norveç, ardınca isə İtaliyaya uduzublar.

 

Bu nəticələrdən sonra Petevin istefaya göndərilməsi məsələsi gündəmə gəlib. Əvvəlcə bununla bağlı münasibət bildirmək istəməyən təcrübəli çalışdırıcı sonra fikrini dəyişib.

 

Ölkəsinin mətbuatına danışan Petev Bolqarıstan yığmasına görə sərfəli təklifi qəbul etmədiyini bildirib: “Əslində, postumdan 2 ay qabaq da ayrıla bilərdim. Çünki başqa yerdən mənə təklif gəlmişdi. Ancaq Bolqarıstan yığmasında qalmağı üstün tutdum. Maddi cəhətdən necə sərfəli təklifi geri çevirdiyimi bilsəniz, adımı dəli qoyarsız”.

 

Petev uğursuz nəticələrdə günahı futbolçuların üstünə atmadığını qeyd edib: “Düzdü, mən də günahkaram. Çünki komandanın baş məşqçisiyəm. Heç vaxt günahı futbolçularımın üstünə atmamışam. Postumda qalacağıma inanıram. Gələn ay Xorvatiya və Azərbaycanla keçiriləcək oyunları düşünürəm”.

 

Qeyd edək ki, Petev əvvəlki açıqlamasında Xorvatiya və millimizlə qarşılaşmalarda heyətdə yeni futbolçulara şans verəcəyini bildirmişdi. 

Xəbər lenti