8 Oktyabr 10:00 İvelin Popov millimizə qarşı oynaya biləcək
FUTBOL xəbərləri 8 Oktyabr 10:00
394 baxış

İvelin Popov millimizə qarşı oynaya biləcək

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycanla oyunları buraxacağı deyilən Bolqarıstan millisinin futbolçusu İvelin Popov zədəsini sağaldıb. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, Moskva “Spartak”ının üzvü yığmanın heyətində məşqlərə də başlayıb.

 

Rusiya klubunda zədə aldığı üçün Popovun millinin heyətindən kənarlaşdırılacağı gözlənilirdi. Ancaq tibbi müayinədən keçdikdən sonra məlum olub ki, futbolçunun zədəsi ciddi deyil.

 

Həkimlər Popovun həm Xorvatiya, həm də Azərbaycanla görüşə kimi tam hazır olacaqlarını bildiriblər. 

Xəbər lenti