28 Oktyabr 13:27 Joze Mourinyo “Monako”da?
FUTBOL xəbərləri 28 Oktyabr 13:27
1254 baxış

Joze Mourinyo “Monako”da?

“Çelsi”dən ayrılmaq üzrə olan baş məşqçi Joze Mourinyonun işsiz günləri uzun sürməyəcək. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssisə təkliflər gəlməkdə davam edir.

 

PSJ və “İnter”dən sonra “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Monako” da təcrübəli mütəxəssisin xidmətində maraqlı olduğunu bildirib. Hətta fransızlar onunla ilkin danışıq da aparıblar. Fransa Liqa 1-dəki uğursuz çıxışdan narazı qalan Knyazlıq klubunun rəhbərliyi hazırkı çalışdırıcı Leonardo Yardimi məhz Mourinyo ilə əvəzləmək niyyətindədi.

 

Qeyd edək ki, “Monako” Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 5-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

Xəbər lenti