29 Avqust 18:35 Julius Vobay: Bəli, "Qəbələ" ilə razılığa gəlmişəm
FUTBOL xəbərləri 29 Avqust 18:35
12540 baxış

Julius Vobay: Bəli, "Qəbələ" ilə razılığa gəlmişəm

Avropa Liqasının qrup mәrhәlәsinә vәsiqә qazanan “Qәbәlә” artıq transfer çalışmalarına başlayıb. Apasport.az saytının futbolinfo.az-a istinadən məlumatına görə, “qırmızı-qaralar” “Neftçi”nin sabiq futbolçusu - syerre-leoneli yarımmüdafiәçi Julius Vobayın keçidini hәll edib. 


Belə ki, artıq tәrәflәr razılığa gәliblәr. Afrikalı hücumameyilli futbolçu yaxın günlərdә Azәrbaycana gәlib rәsmi müqavilәyә imza atacaq.


Bu barәdә mәlumatı saytımıza açıqlamasında futbolçunun özü verib. Vobay bildirib ki, artıq “Qәbәlә” ilә razılığa gәlib: “Bәli “Qәbәlә” ilә razılığa gәlmişәm. Azәrbaycana gәlib onlarla müqavilә imzalayacam”.

Xəbər lenti