10 Mart 22:12 Kamran Ağayev “Bucaspor”la matçın ən yaxşı seçildi
FUTBOL xəbərləri 10 Mart 22:12
1215 baxış

Kamran Ağayev “Bucaspor”la matçın ən yaxşı seçildi

Millimizin qapıçısı Kamran Ağayev Türkiyə PTT I Liqasının XXIII turu çərçivəsində baş tutan “Kayserispor” - “Bucaspor” matçının ən yaxşı oyunçusu adını qazanıb. Apasport.az saytının məlumatına görə, qolkiperimiz şərəfini qoruduğu Kayseri təmsilçisinin “twitter” səhifəsində azarkeşlər arasında keçirilən sorğuda 1-ci olub.

 

“Sarı-qırmızılar”ın səfərdə 0:3 hesabı ilə qalib gəldiyi matçda fanatlar 90 dəqiqə meydanda olan Ağayevin çıxışını yüksək qiymətləndiriblər. Kamran bir neçə epizodda qapısına gedən topu çıxarmağa müvəffəq olub.

 

Qeyde edək ki, ötən gün baş tutan görüşdə Kamran Ağayev "Kayserispor”da dübüt edib. Düzdü, təmsilçimiz Türkiyə kubokunun 1/8 final mərhələsində “Beşiktaş”la oyunda da meydanda olmuşdu. Lakin təcrübəli qapıçı yeni klubunda ilk dəfə I liqa matçında forma şansı əldə edib.

Xəbər lenti