11 İyun 14:07 Kamran Ağayev qərarını verdi
FUTBOL xəbərləri 11 İyun 14:07
4864 baxış

Kamran Ağayev qərarını verdi

Yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” daha iki futbolçu ilə ortaq məxrəcə gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi qapı xətti ilə bağlı problemi yoluna qoyub.

 

Belə ki, qolkiperlər Kamran Ağayev və Orxan Sadıqlının rəhbərliklə danışığı müsbət nəticələnib. Hər iki oyunçu yeni müqaviləyə qol çəkəcək. Bununla, “Keşlə”də Pərdis Fərcad-Azad istisna olmaqla, yerli futbolçularla danışıqlar yekunlaşıb.

 

Pablo Podio, Nemanya Stoyanoviç, Məqsəd İsayev və Qara Qarayevi yola salan bakılılar çox güman ki, Ebrima Sohnaya da yeni sözləşmə təklif etməyəcək. Komandanın lideri Sezar Meza Kollidən isə cavab gözlənilir.

Xəbər lenti