28 Oktyabr 14:18 Kapitanın durumuna aydınlıq gəldi: "Neftçi"yə qarşı...
FUTBOL xəbərləri 28 Oktyabr 14:18
835 baxış

Kapitanın durumuna aydınlıq gəldi: "Neftçi"yə qarşı...

Cari mövsümdə bir tərəfdən maliyyə, digər tərəfdən isə zədəli futbolçuların çoxluğu problemi ilə üzləşən “İnter” “Neftçi” ilə bu gün keçirəcəyi oyundan öncə şad xəbər alıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” “ağ-qaralar”la qarşılaşmada əsas qapıçıları Səlahət Ağayevin xidmətindən istifadə edə biləcəklər.

 

Bunu əməkdaşımızla söhbətində Ağayev özü də təsdiqləyib. Paytaxt klubunun kapitanı bildirib ki, son anda bir problem çıxmasa, “Neftçi” ilə matçda qapıda yer alacaq: “Özümü hazır hesab edirəm. Zədəmi tam sağaltmışam və meydana çıxmağım üçün heç bir əngəl qalmayıb. “Neftçi” ilə görüşdə oynamağım inandırıcı görünür. Son anda bir problem çıxmasa, matçöncəsi yenidən zədə almasam, yəqin ki, bugünkü görüşdə qapını mən qoruyacam”.

 

“İnter”in “zədəlilər karvanı”nda İvan Benites, Laşa Salukvadze və Rauf Əliyev yer alıblar. Zədəsini sağaldaraq, kollektivlə birgə məşqlərdə iştirak edən Nizami Hacıyev və Mirhüseyn Seyidovun isə “Neftçi” ilə matçda oynamaq ehtimalı var.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “İnter” qarşılaşması saat 19:00-da start götürəcək. 

Xəbər lenti