8 İyul 16:44 Kasilyasın “Real”dan gedəcəyi təsdiqləndi
FUTBOL xəbərləri 8 İyul 16:44
800 baxış

Kasilyasın “Real”dan gedəcəyi təsdiqləndi

“Real”ın qapıçısı İker Kasilyasın komandadan ayrılacağı dəqiqləşib. Apasport.az saytı xəbər verir ki, Madrid klubu əfsanəvi qolkiperinə vida mərasimi təşkil etməyə hazırlaşır.

 

“Santyaqo Bernabeu”da təşkil olunacaq mərasimdə klub prezidenti, futbolçular və onların ailələri iştirak edəcəklər. Klub rəsmilərindən biri yerli mətbuata açıqlamasında Kasilyasla bağlı bunları deyib: “Biz Kasilyasa “əlvida” yox, “hələlik” deyirik. Qapımız hər zaman onun üzünə açıq olacaq”.

 

Qeyd edək ki, Kasilyasın bu həftəsonu “Portu” ilə müqavilə imzalaması gözlənilir.

Xəbər lenti