17 Oktyabr 21:40 Kaue da Silva: Komanda uduzursa, deməli, səbəbi var - MÜSAHİBƏ
FUTBOL xəbərləri 17 Oktyabr 21:40
8395 baxış

Kaue da Silva: Komanda uduzursa, deməli, səbəbi var - MÜSAHİBƏ

Topaz Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan  “Neftçi” klubunun yarımmüdafiəçisi Kaue da Silvanın apasport.az saytına müsahibəsi

 

- Qarşılaşma barədə nə deyə bilərsiz?

- Yaxşı oynasaq da, uduzduq. Hesabı xeyrimizə dəyişmək üçün şanslarımız oldu. Ən azı 1 xal qazanmaq çox vacib idi. Amma matçın sonlarında səhvlərə yol verdik. Rəqib də bundan istifadə edib, 3 xalı rəsmiləşdirən qolu vurdu.

 

- Ardıcıl məğlubiyyətlərin qeydə alınması nədən irəli gəlir?

- Müəyyən problemlər mövcuddu. Zədəli futbolçularımız var ki, bu oyunlarda bizə kömək edə bilmədilər. Təbii ki, təhlillər aparılır. Bizim üçün də yaxşı hal deyil. Amma bəxtimizin də gətirmədiyi hallar olur. Elə oyunlar oldu ki, qələbə qazanmalı idik. Məğlub olursansa, deməli, səbəbi var. Nəsə yaxşı getmir. Çalışacağıq daha çox işləyək və vəziyyəti dəyişək.

 

- İkinci hissədə zəif təsir bağışlamağınız yorğunluqla bağlı idi?

- Biz əsasən əks-hücumlara üstünlük vermişdik. Bəlkə də buna görə kənardan belə görünürdü.  

 

- Turnir cədvəlində 6-cı yer “Neftçi”nin layiq olduğu pillədi?

- Qətiyyən. “Neftçi” bu pillədə yer almağa layiq deyil. “Neftçi” hər zaman I pillə uğrunda mübarizə aparıb. Yenə də mükafatçılar sırasına düşmək istəyirik. Qarşıda uzun marafon var. Qələbələr qazanıb, turnir cədvəlində irəliləmək istəyirik.

 

- Azarkeşlərin komandanı fitə basmasını necə qarşıladınız?

- “Neftçi” hər zaman çempion olmaq, avrokuboklarda uğurlu çıxış etmək üçün mübarizə aparıb. Buna görə də azarkeşlər hazırkı durumdan narazıdırlar. Amma onların bu davranışı düzgün deyil.

 

- Adətən heyətinizdə gənc futbolçuların çoxluğu qabardılır. Onlar sizə kömək edə bilmir?

- “Qəbələ”nin heyətində təcrübəli futbolçular yer almışdı. Həm də komandada çoxlu dəyişikliklər olub. Prezidentdən tutmuş, icraçı direktor, baş məşqçi dəyişib. Dəyişiklik olan zaman komandanın özünə gəlməsi üçün zamana ehtiyac olur. Çox işləmək, çalışmaq lazımdı.

 

Xəbər lenti

Xəbər lenti