13 Avqust 22:32 Keçmiş “Real”lıdan Pikeyə cavab atəşi
FUTBOL xəbərləri 13 Avqust 22:32
898 baxış

Keçmiş “Real”lıdan Pikeyə cavab atəşi

“Real”ın keçmiş müdafiəçisi və kapitanı Manola Sançis “Barselona”nın fubolçusu Xerard Pikeyə cavab verib. Apasport.az saytının məlumatına görə, Pike Avropa Superkuboku uğrunda “Sevilya” ilə keçirilən oyundan sonra “Real”ı təhqir etmişdi.

 

O, “Cəhənnəm olsun “Real”. Qoy Madriddə görsünlər ki, titulları necə qazanırıq” demişdi.

 

Sançis isə sosial şəbəkədə yazdığı statusla Pikeyə cavab verib:

 

“Rəqib hətta qələbə qazanarkən də “Real”ı başından çıxarda bilmir. Bax, “Real” bu qədər böyükdü”.

Xəbər lenti