12 Avqust 11:29 “Kəpəz” azarkeşlərinə xəbərdarlıq etdi
FUTBOL xəbərləri 12 Avqust 11:29
688 baxış

“Kəpəz” azarkeşlərinə xəbərdarlıq etdi

“Kəpəz”in Müşahidə Şurası ilə klub rəhbərliyinin iclası keçirilib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, iclasda bir sıra məsələlərlə yanaşı, komandanın Premyer Liqanın “Neftçi”yə qarşı ilk oyununda azarkeşlərin davranışı da müzakirə edilib.

 

Səfər matçında fanatların dəstəyi yüksək qiymətləndirilib və onlara təşəkkür edilib. İclasda həmçinin, rəhbərlik tərəfindən əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, “Xəmsə” fanklubunun üzvlərinin pirotexniki vasitədən istifadə etməsi pislənilib. Bu hala görə AFFA İntizam Komitəsi tərəfindən klubun 1000 manat məbləğində cərimələnməsi qeyd olunub.

 

“Kəpəz”in cərimələnməsinə səbəb olan addıma görə “Xəmsə” fanklubuna xəbərdarlıq edilib.