7 İyul 19:58 “Kəpəz” bu dəfə də qalib gəldi
FUTBOL xəbərləri 7 İyul 19:58
825 baxış

“Kəpəz” bu dəfə də qalib gəldi

Qarşıdakı mövsümdən etibarən Premyer Liqada çıxış edəcək Gəncənin “Kəpəz” klubu hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, baş məçqi Şahin Diniyevin rəhbərliyi altında çalışmalarını Bakıda davam etdirən gəncəlilər məşqlərlə yanaşı yoldaşlıq oyunlarında da güclərini sınayırlar.

 

Bölgə klubu artıq 4-cü hazırlıq oyununda gücünü sınayıb. Premyer Liqanın debütantı bu gün “Dalğa Arena”da AZAL-la qarşılaşıb.

 

Matç Şahin Dinyevin yetirmələrinin üstünlüyü ilə başa çatıb – 2:1.

 

Xatırladaq ki, bundan əvvəl daha 3  yoxlama görüşü keçirmiş əyalət klubu əvvəlcə Gəncədə Qəbələnin həvəskarlardan ibarət komandası ilə bərabərə qalmış (1:1) və “Turan”a qalib gəlmişdi (2:1).

 

Bakıda isə bu oyuna qədər bir hazırlıq oyunu keçirilib ki, həmin oyun da “Dalğa Arena”da baş tutmuşdu və gəncəlilər “Sumqayıt”a qalib gəlmişdi – 1:0.