1 Avqust 20:13 “Kəpəz” əcnəbiləri rəsmiləşdirdi
FUTBOL xəbərləri 1 Avqust 20:13
1369 baxış

“Kəpəz” əcnəbiləri rəsmiləşdirdi

Növbəti mövsüm yenidən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Kəpəz" artıq legioner futbolçuları ilə də münasibətlərini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, gəncəlilər 4 əcnəbi oyunçu ilə müqavilə bağlayıb.


Bunlar Dario Federiko, Junior Osvaldo, Tadas Simiatis və Aleksandr Sıtnikdi. Adıçəkilən futbolçuların hər biri ilə 1 illik müqavilə bağlanılıb. Həmçinin legionerlərlə bir yerdə 17 yerli futbolçunun adı komandanın növbəti mövsüm üçün iştirak ərizəsinə salınıb və PFL-ə göndərilib.


Qeyd edək ki, "sar-göylər" yerlilərlə dünən müqavilə bağlamışdı.

Xəbər lenti