25 İyul 22:22 “Kəpəz” ikinci yoxlama oyununda da qalib gəldi
FUTBOL xəbərləri 25 İyul 22:22
770 baxış

“Kəpəz” ikinci yoxlama oyununda da qalib gəldi

Türkiyənin Ərzurum şəhərində hazırlıqlarını davam etdirən “Kəpəz” bu gün son yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin yetirmələri Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor”la qarşılaşıb.


Ərzurum Böyükşəhər Bələdiyyəsinə məxsus stadionda keçirilən oyunu yerli hakimlər briqadası idarə edib. Matç gəncəlilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


“Kəpəz”in qollarını Oleksandr Sytnik və Tural Rzayev vurub.

 

Xatırladaq ki, Gəncə təmsilçisi yoxlama oyunları çərçivəsində daha öncə "1461 Trabzon" klubu ilə qarşılaşmış və 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər lenti