1 Noyabr 21:36 “Kəpəz” Qəbələ səfərində qalib gəldi     - YENİLƏNİB
FUTBOL xəbərləri 1 Noyabr 21:36
5175 baxış

“Kəpəz” Qəbələ səfərində qalib gəldi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, XI turun dünən keçirilməli olan “Qəbələ” – “Kəpəz” qarşılaşması baş tutub.

Bir gün öncə başlayan və qatı duman üzündən 29-cu dəqiqədə dayandırılan qarşılaşmanın son 61 dəqiqəsi oynanılıb. Qəbələ şəhər stadionunun yenə duman bürüsə də, matçı sona çatdırmaq mümkün olub.

Oyunun ilk günündə “Kəpəz” erkən qolla hesabı açıb. “Qəbələ”nin 6, qapıçısı Dmitri Bezotosnının 8 oyunluq quru seriyasını Aleksandr Sitnik qırıb.

Bu gün davam etdirilən matçın ilk 16 dəqiqəsi ilə ilk yarı başa çatıb. Fasilədən sonra isə “Qəbələ” məğlubiyyətdən qaça bilib. Oyunun 69-cu dəqiqəsində Fakundo Pereyra fərqlənib.  Lakin meydan sahibləri heç-heçə hesabını qoruya bilməyib. Dario Federiko matça artırılan sonuncu dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.

Qeyd edək ki, iki matçı dünən baş tutan tura sabahkı iki qarşılaşma ilə yekun vurulacaq. “Sumqayıt” “Neftçi”ni, “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edəcək.

Topaz Premyer Liqası

XI tur

1 noyabr

“Qəbələ” – “Kəpəz” - 1:2

Qollar: Fakundo Pereyra, 69 - Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Ramiz  Abdullayev
Hakim-inspektor: Murad  Məmmədov
I dövrənin oyunu: 1:0
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 44. Rafael Santos, 66. Samir Zərgərov

Baş məşqçi: Roman Qriqorçuk

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 90. Julien Ebah, 6. Ceyhun Cavadov

Baş məşqçi: Şahin Diniyev

 

Turnir cədvəli

1.

Qarabağ

11

8

2

1

20:8

26

2.

Qəbələ

11

6

3

2

18:6

21

3.

İnter

11

5

4

2

9:7

19

4.

Kəpəz

11

5

3

3

14:10

18

5.

Zirə

11

4

6

1

10:8

18

6.

Sumqayıt

10

2

5

3

8:10

11

7.

Neftçi

10

2

4

4

9:11

10

8.

Xəzər Lənkəran

10

2

3

5

9:15

9

9.

AZAL

11

2

2

7

5:14

8

10.

Rəvan

10

0

2

8

4:17

2

Bombardir: Riçard Almeyda (“Qarabağ”) – 5 qol

 

Xəbər lenti