28 Oktyabr 13:08 “Kəpəz” və “Qəbələ” PFL-ə müraciət etdi:  Ev sahibi dəyişəcək
FUTBOL xəbərləri 28 Oktyabr 13:08
5259 baxış

“Kəpəz” və “Qəbələ” PFL-ə müraciət etdi: Ev sahibi dəyişəcək

Topaz Premyer Liqasının XI turunun “Kəpəz” – “Qəbələ” görüşünün yeri dəyişdirilə bilər. Bu barədə apasport.az saytına Gəncə təmsilçisinin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu verib.

 

O bildirib ki, oktyabrın 31-də keçirilməli olan “Kəpəz” – “Qəbələ” matçının meydan sahibi dəyişdiriləcək. Belə ki, dəyişiklik rəsmiləşsə, Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada eyniadlı komandanın ev sahibi sayılacaq. Yəni, XI turda “Kəpəz” – “Qəbələ” matçı deyil, “Qəbələ” – “Kəpəz” görüşü keçiriləcək.

 

Bu isə o deməkdi ki, I dövrədə də Gəncə təmsilçisini qəbul edən “qırmızı-qaralar” mövsümün ikinci yarısında 2 dəfə Qərb bölgəsinə səfərə çıxacaq.

 

XI turun oyunundakı dəyişikliyə səbəb isə bölgədəki qeyri-sabit hava şəraiti ilə əlaqədar, Gəncə şəhər stadionunun ot örtüyünün yararsız vəziyyətə düşmək təhlükəsidi. Bunu nəzərə alan “Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edərək, oyunun Gəncə təmsilçisi tərəfindən ehtiyat stadion kimi sifariş olunmuş “Dalğa Arena”da keçirilməsini xahiş edib. 

 

Amma “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin IV turunun noyabrın 5-dəki matçında Almaniyanın Dortmund şəhərində “Borussiya” ilə görüşməsi, həmin oyunun təbii ot örtüyünə malik stadionda baş tutması da qərara təsir edib.

 

Belə ki, “qırmızı-qaralar”ın  avrokubok öncəki son matçını da təbii örtüklü stadionda keçirə bilməsi üçün xahişi də müsbət cavablandırılıb. Klublar arasında qarşılıqlı razılıq əldə olunduğundan oyunun keçirilmə yerinin dəyişdirilməsi ilə bağlı PFL-ə də müraciət edilib. Qurumun da müraciəti müsbət cavablandıracağı gözlənilir.

Xəbər lenti