16 İyul 12:14 “Kəpəz”dən ardıcıl 4-cü qələbə
FUTBOL xəbərləri 16 İyul 12:14
592 baxış

“Kəpəz”dən ardıcıl 4-cü qələbə

Məşqlərini Bakıda davam etdirən “Kəpəz” növbəti dəfə yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.

 

“Dalğa Arena” stadionunda baş tutan görüş gəncəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”in heyətində qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurublar.

 

Qeyd edək ki, bu, “Kəpəz”in yay fasiləsində 4-cü yoxlama görüşü olub. Komanda buna qədər keçirdiyi görüşlərdə “Sumqayıt”ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub etmişdi.

Xəbər lenti

Xəbər lenti