31 Avqust 10:13 “Kəpəz”in Müşahidə Şurasında daha iki üzv
FUTBOL xəbərləri 31 Avqust 10:13
682 baxış

“Kəpəz”in Müşahidə Şurasında daha iki üzv

“Kəpəz”in Müşahidə Şurasının tərkibi genişlənib. Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, quruma daha iki üzv qəbul olunub.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.

 

Qeyd edək ki, Müşahidə Şurasının sədri "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyevdi.