12 İyul 10:57 “Keşlə” üçün təhlükəli deyilik” – “Baltsan”ın baş məşqçisi
FUTBOL xəbərləri 12 İyul 10:57
2529 baxış

“Keşlə” üçün təhlükəli deyilik” – “Baltsan”ın baş məşqçisi

“Püşkatmadan sonra rəqibi təhlil etməyə başladıq. Onların güclü və zəif tərəflərini öyrənmişik”. Apasport.az saytının Malta mətbuatına istinadən məlumatına görə, bunu “Baltsan”ın baş məşqçisi Marko Miçoviç deyib.

 

Malta təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Keşlə”ni qəbul edəcək.

 

Serbiyalı mütəxəssis qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında “Keşlə”nin favorit olduğunu söyləyib: “Tarixi nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Biz “Keşlə” üçün təhlükəli komanda deyilik. Ancaq onlara çətin anlar yaşatmağa, zəif nöqtələrindən yararlanmağa çalışacağıq. Hamımız – futbolçular, texniki heyət, klub rəhbərliyi və azarkeşlər kluba və bu kollektivə inanırıq. Söz verirəm ki, bütün gücümüzü meydana qoyacağıq”.

 

Miçoviç hesab edir ki, toplanış çərçivəsində keçirdikləri yoxlama görüşləri onlara fayda verəcək: “Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə düşən “Riyeka” və “Vardar”a qarşı iki yoxlama görüşü keçirdik. Futbolçularımın bu iki qarşılaşmadakı çıxışından məmnun qaldım. Ancaq yoxlama görüşü ilə rəsmi matç fərqli olur. Yenə də “Keşlə”yə qarşı oynamaq baxımından bu oyunlar nümunə oldu”.

 

Qeyd edək ki, “Baltsan” – “Keşlə” matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Xəbər lenti