25 Avqust 11:03 Kollina azərbaycanlı hakimi nümunə göstərdi
FUTBOL xəbərləri 25 Avqust 11:03
5410 baxış

Kollina azərbaycanlı hakimi nümunə göstərdi

Ukrayna futbolunda hakimliklə bağlı yaşananlara həsr olunan mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, idarəçilikdən kənarlaşdırılan yaşlı referilərin kəskin narazılıqlarını cavabsız qoymaq istəməyən Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin tədbirində qurum rəhbərliyi və təcrübəli ədalət təmsilçiləri iştirak edib.

 

Komitənin kuratoru məşhur Pyerluici Kollina da tədbirə qatılıb. Sabiq FİFA referisi hakimləri narazı salan islahatlara şərh verməklə yanaşı, digər ölkələrdə gənclərə güvənilməsini vurğulayıb.

 

İtaliyalı azərbaycanlı hakim Əliyar Ağayevi də nümunə göstərib: “Mən Ukraynaya gələndə rəhbər qurumların tənqid etdiyi yeganə məqam klublara nisbətdə hakimlərin sayının həddən artıq çox olması idi. Bu müddətdə komandaların sayı artmadı. Hakimlərin çox olduğunu nəzərə alsaq, bərabər şərtlərdə daha gənclərə üstünlük verəcəyik. “Vorskla” ilə “Jilina” arasında Avropa Liqasının oyununu idarə edən 1986-cı il təvəllüdlü azərbaycanlı hakim, Çempionlar Liqasının qrupuna da təyinat alan polşalı Şimon Marçinyak kimi nümunələr var. Sonuncu bizdə olsaydı, hələ də gənc sayılacaqdı. Hətta iki dünya çempionatı görmüş Ravşan İrmatovu da qeyd edə bilərəm. O da bizim Aranovskidən gəncdi”.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin “Vorskla” – “Jilina” qarşılaşması (3:1) avqustun 6-da keçirilib.

 

Xəbər lenti