7 Noyabr 21:06 “Komandadan çox razıyam” – Adil Şükürov
FUTBOL xəbərləri 7 Noyabr 21:06
766 baxış

“Komandadan çox razıyam” – Adil Şükürov

“Komandadan çox razıyam, qələbəyə görə şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov deyib.

 

Topaz Premyer Liqasının XII turunda “Sumqayıt”ı qəbul edən debütantın çalışdırıcısı qalib gəldikləri matç haqqında fikirlərini bölüşüb: “Zirədə futbol adına hər bir şey vardı. Düşünürəm ki, maraqlı bir görüş alındı. Biz “Sumqayıt”la oyuna çox yaxşı hazırlaşmışdıq. Aqressiv rəqiblə oyunda 3 xal əldə edə bildik. “Sumqayıt”ın son oyunlarını analiz etmişdik. Rəqib ilk dəqiqədə qollar vurmağı bacarır. Ona görə də matçın ilk dəqiqələrində ehtiyatlı oyuna üstünlük verdik”.

Xəbər lenti