14 Oktyabr 23:00 Komandalarını “çiyinlərində daşıyan” futbolçular - FOTOSESSİYA
FUTBOL xəbərləri 14 Oktyabr 23:00
5307 baxış

Komandalarını “çiyinlərində daşıyan” futbolçular - FOTOSESSİYA

Avropada 2015/16  futbol mövsümü gözləniləndən maraqlı keçir. Apasport.az saytının məlumatına görə, qitənin ən böyük 5 birinciliyində “Mançester Siti” (İngiltərə), “Vilyareal” (İspaniya), “Fiorentina” (İtaliya), “Bavariya” (Almaniya) və PSJ (Fransa) komandaları turnir cədvəlinə başçılıq edirlər.

 

Bəs bu turnirlərdə komandalarına ən çox hansı futbolçular kömək edir?

 

Avropa liqalarında komandasına daha çox kömək edən futbolçulara rəqəmlərlə nəzər salaq.

 

Komandasına ən çox köməklik edən futbolçulardan birincisi Robert Levandovskidir. O, Almaniya Bundesliqasında meydana çıxdığı 7 oyunda 12 qol vuraraq “Bavariya”nın çempionluq yarışında maneəsiz irəliləməsində “lokomotiv” rolunu oynayır.

 

Avropanın 5 böyük liqasında ən çox qol vuran ikinci futbolçu isə “Borussiya Dortmund”un qabonlu ulduzu Pier Emerik Obameyanqdır. O, 8 oyunda rəqib komandaların qapısından 10 qol keçirərək “Dortmund”un çempionluq ümidlərini saxlayır.

 

Komandasının uğurunda ən çox pay sahibi olan qapıçıların siyahısında isə Timo Horn birincidir. “Köln” alman çərçivə qoruyucusu Bundesliqada meydana çıxdığı 8 oyunda 41 seyv edib.

 

Komanda yoldaşlarına ən çox dəqiq ötürmə verən futbolçu PSJ-nin italiyalı gənc ulduzu Marko Verattidir. O, Fransa 1-ci liqasında meydana çıxdığı 8 oyunda 751 dəqiq ötürmə verərək Avropa səviyyəsində liderliyini davam etdirir.

 

Köhnə qitənin 5 böyük liqasında ən çox qol epizodu yaradan futbolçu isə mövsümün əvvəlində “Marsel”dən 13 milyon avroya  “Vest Hem”ə transfer olan Dmitri Payedir. Fransız pleymeyker Premyerliqada meydana çıxdığı 8 matçda 33 qol epizodu yaradaraq komandasına kömək edib.

 

Xəbər lenti