7 Noyabr 20:14 “Komandamın oyunu ilə fəxr edirəm” – Şahin Diniyev
FUTBOL xəbərləri 7 Noyabr 20:14
741 baxış

“Komandamın oyunu ilə fəxr edirəm” – Şahin Diniyev

“Oyuna görə komandama hər hansı bir etirazım yoxdur. Futbolçularım ikinci hissədə üstün oynadılar”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində baş tutan AZAL-la oyunda səfərdə qazanılmış 1:1-lik bərabərliyi dəyərləndirən təcrübəli mütəxəssis bunları deyib: “Komandamın oyunu ilə fəxr edirəm. “Kəpəz” bu tur ən yaxşı ikinci hissəsini sərgilədi. İlk hissədən belə oynamalı idilər. Qarşıda hələ çox oyun var, gələcəyə nikbin baxıram”.

Xəbər lenti