24 İyun 12:43 “Kompensasiya məsələsində razılığa gəlmişik” – Yaşar Seyidov
FUTBOL xəbərləri 24 İyun 12:43
951 baxış

“Kompensasiya məsələsində razılığa gəlmişik” – Yaşar Seyidov

“Nurlan Novruzovla söhbətimiz olub, kompensasiya məsələsi yoluna qoyulub”. Bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.

 

Ötən mövsüm “Bakı”nın heyətində Topaz Premyer Liqasının bombardiri (15 qol) olan Nurlan Novruzovun Türkiyə klubu “Elazığspor”a keçidini dəyərləndirən “zolaqlılar”ın rəsmisi bu məsələdə problem yaranmayacağını bildirib: “İnşallah, Nurlanın keçidi alınar, Türkiyədə uğurlu karyera qurar. Biz də bununla fəxr edərik. Biz istərdik ki, yetirmələrimizin çoxu Avropada oynasın. Kompensasiya ilə bağlı Nurlanla razılığa gəlmişik. Müqaviləni bağlayıb gələndən sonra yəqin ki, bu məsələ həll olunacaq. Heç bir problem olmayacaq. Kompensasiya məbləği barədə isə heç nə deyə bilmərəm. Çünki bu haqda məlumatım yoxdu”.

 

Seyidov onu da söyləyib ki, bütün yetirmələri başqa kluba transfer zamanı “Bakı”nın razılığını almalıdı: “Son illər “Bakı” Nurlan Novruzov, Namiq Ələsgərov, Vüqar Mustafayev, Vüqar Bəybalayev kimi gəncləri yetişdirib, üzə çıxarıb. Bu səbəbdən də oyunçularımızla kompensasiya məsələsi barədə danışmışıq. Nurlan kimi oyunçularımızın xaricə yollanmasına yalnız sevinərik. Onlara da əvvəlcədən bildirmişik ki, getmələrində heç bir problem yoxdu”.

 

Xəbər lenti