9 Oktyabr 15:47 Konte İtaliya yığmasından getmək istəyir
FUTBOL xəbərləri 9 Oktyabr 15:47
604 baxış

Konte İtaliya yığmasından getmək istəyir

İtaliya yığmasının baş məşqçisi Antonio Konte vəzifəsindən ayrıla bilər. Apasport.az-ın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumatına görə, təcrübəli mütəxəssis klub çalışdırmaq arzusundadı.

 

Düzdü, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio Avro-2016-nın seçmə mərhələsindən sonra Konteyə yeni iki illik müqavilə təklif edəcəklərini bildirib. Lakin yerli mətbuat 46 yaşlı çalışdırıcının bu təklifi qəbul etməyəcəyini iddia edib. Kontenin menecerinə Avropa çempionatından sonra yenidən klub karyerasına dönəcəyini bildirdiyi vurğulanıb. 2011-2014-cü illərdə “Yuventus”a 3 dəfə A seriyasının kubokunu qazandıran məşqçi yerli klublardan birində işləmək arzusundadı.

 

Qeyd edək ki, İtaliya Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Xəbər lenti