19 Sentyabr 00:59 Kosovanın məsələsi marta qaldı
FUTBOL xəbərləri 19 Sentyabr 00:59
791 baxış

Kosovanın məsələsi marta qaldı

Kosova Futbol Federasiyasının UEFA-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Apasport.az saytının məlumatına görə, UEFA-nın 17-18 sentyabrda Maltda keçirilən iclasında bu məsələ gündəliyə daxil edilmişdi.

 

Kosovanın UEFA-ya üzvlük məsələsinə qurumun növbəti konqressində baxılacağı bildirilib.

 

UEFA-nın növbəti konqresi isə 2016-cı ilin 23 martında Budapeştdə keçiriləcək.

 

Kosova DÇ-2018-in seçmə mərhələsində iştirak etmək niyyətindədi. Ancaq bunun üçün əvvəlcə Kosovanın UEFA-ya, daha sonra isə FİFA-ya üzv qəbul olunması vacibdi.

Xəbər lenti