17 Sentyabr 14:28 “Kovaçın istefaya göndərilməsində futbolçuların əli ola bilər” - Slişkoviç
FUTBOL xəbərləri 17 Sentyabr 14:28
1152 baxış

“Kovaçın istefaya göndərilməsində futbolçuların əli ola bilər” - Slişkoviç

“Niko Kovaçın Xorvatiya yığmasından getməsində futbolçuların əli ola bilər. Bununla, onun “torbasını” komandanın tikdiyi haqda yayılmış məlumatların doğru olduğunu demək istəmirəm. Amma özüm də məşqçilik karyeramda belə təhlükə hiss etmişəm”. Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri bosniyalı məşqçi Blaj Slişkoviç deyib.

 

Bosniya və Herseqovina yığmasının sabiq baş məşqçisi açıqlamasında Niko Kovaçın Xorvatiya millisindən istefaya göndərilməsi haqda danışıb.

 

56 yaşlı mütəxəssis futbolçuların Kovaça qarşı birləşməsi variantının real olduğunu bildirib: “Həmkarlarımın da bu cür vəziyyətlə üzləşdiyi hallar az baş verməyib. Söhbət heç də bütün komandanın baş məşqçiyə qarşı çıxmasından getmir. Bir neçə futbolçunun məşqçiyə qulaq asmaması bəs edir ki, komandanın oyunu alınmasın”.

 

Qeyd edək ki, Kovaçın rəhbərliyi altında Xorvatiya yığması son oyunlarında Azərbaycanla qolsuz heç-heçə edib, Norveçə isə uduzub (0:2). 

Xəbər lenti