28 Avqust 22:16 “Krasnodar” “Qəbələ” kimi komandalara qarşı yaxşı oynaya bilmir” – Sergey Taşuyev
FUTBOL xəbərləri 28 Avqust 22:16
10323 baxış

“Krasnodar” “Qəbələ” kimi komandalara qarşı yaxşı oynaya bilmir” – Sergey Taşuyev

Rusiyalı futbol mütəxəssis, bir zamanlar “Krasnodar”ın baş məşqçisi kimi çalışmış Sergey Taşuyev UEFA Avropa Liqasının C qrupunu dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatına açıqlama verən Taşuyev köhnə klubu “Krasnodar”la eyni qrupda mübarizə aparacaq klublar haqqında düşüncələrini açıqlayıb.

 

Çox çətin və maraqlı qrup formalaşdığını bildirən rus mütəxəssis “Borussiya”nın qrupun favoriti olduğunu deyib:

 

“Düşünürəm ki, “Borussiya” qrupdakı ən güclü rəqibdi, ancaq “Krasnodar” almanlarla mübarizə apara bilər”.

 

Taşuyev “Qəbələ”nin “Panatinaikos”u mübarizədən kənarlaşdırdığını xüsusi vurğulayıb:

 

“Digər rəqiblərə gəlincə, “Qəbələ” pley-off mərhələsində iki oyunun nəticəsinə görə “Panatinaikos”u sıradan çıxartdı. Azərbaycanlıların baş məşqçisi Roman Qriqorçuk möhkəm və təşkilatlanmış müdafiəyə malik komanda formalaşdırıb. “Krasnodar” isə təəssüf ki, bu cür müdafiə olunan komandalara qarşı yaxşı oynaya bilmir. Bununla belə deməliyik ki, “Qəbələ” növbəti mərhələyə keçməyə əsas namizəd deyil. PAOK isə ortabab klubdu”.

 

“Öküzlər”in keçmiş baş məşqçisi ikincilik uğrunda əsas mübarizənin üç komanda arasında gedəcəyini də qeyd edib:

 

“Düşünürəm ki, qrupdan çıxış üçün ikinci vəsiqə uğrunda bizimkilər, “Qəbələ” və PAOK mübarizə aparacaq. Ancaq ambisiya və ustalıq baxımından “Krasnodar”ın digər rəqiblərini üstələyəcəyini düşünürəm. Bunun üçün isə tam güclə mübarizə aparmaq və bütün imkanlardan istifadə etmək lazımdı”.

Xəbər lenti