2 İyul 10:24 “Laçi” Avropa Liqasında çox sürprizə imza atacaq” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 2 İyul 10:24
3646 baxış

“Laçi” Avropa Liqasında çox sürprizə imza atacaq” - MÜSAHİBƏ

“Laçi” klubunun futbolçusu Aryan Şeta Albaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsinin bu gün Bakı “İnter”i ilə keçiriləcək ilk qarşılaşması haqda fikirlərini açıqlayıb.

 

- Komandanız  “İnter”lə keçiriləcək qarşılaşmaya nə dərəcədə hazırdı?

- Görüşə hazırlıq üçün cəmi 2 həftə vaxtımız oldu. Bu müddətdə səylə çalışdıq ki, yaxşı formada olaq. Komandamız çox təcrübəli rəqiblə oynamasına baxmayaraq, heç vaxt olmadığı qədər sakitdi. Biz hazırlığa istənilən rəqiblə qarşılaşmaq iqtidarında olmağımız haqda düşüncəylə başlamışdıq. Biz bu çağırışı qəbil edib, daha yaxşı nəticə qazanmağa çalışacağıq.

 

- İlk oyun öncəsi komandada durum necədi?

- Yayın əvvəli klublar üçün heç vaxt yaxşı olmur. Komandamız üçün vacib olan bəzi oyunçular sıralarımızı tərk etdi. Bu azmış kimi zədəlilər və bərpa prosesi keçənlər də var. Ceymslə Mustafanın durumu ümidvericidi. Ola da bilər ki, bu matçda bizə kömək etsinlər. Lakin istənilən halda, qarşılaşmanın şəksiz favoriti “İnter” hesab olunur.

 

- Rəqibin favorit sayılması futbolçuların psixoloji durumuna mənfi təsir göstərir?

- Biz də bilirik ki, “İnter” favoritdi. Azərbaycan təmsilçisinin təcrübəsi bizimkindən qat-qat çoxdu. Lakin cütün qalibini 180 dəqiqə müəyyənləşdirəcək. Onların favorit olması isə bizə mənfi deyil, əksinə müsbət təsir edir. “İnter” daha güclü sayıldığı üçün təzyiq altında oynayacaq. Biz isə bundan yararlanıb, oyunumuzu göstərəcəyik. Uzun illərdi futboldayam, çox şeylər görmüşəm. Buna əsasən əminəm ki, “Laçi” Avropa Liqasında çox sürprizə imza atacaq.

 

- “Laçi” üçün evdə keçirilən ilk oyunda sizi hansı nəticə qane edir?

- Cütün taleyinə iki oyunun nəticəsinə görə aydınlıq gələcək. Hesab edirəm ki, öz meydanımızda qol buraxmasaq, Bakıda mərhələ adlamaq üçün real şansımız olacaq. İki oyundan ibarət duellərdə ev matçında qol buraxmamaq çox vacibdi.

Xəbər lenti