8 İyul 18:24 “Laçi”nin futbolçusunun Bakıya buraxılmamasının səbəbi aydın oldu
FUTBOL xəbərləri 8 İyul 18:24
1111 baxış

“Laçi”nin futbolçusunun Bakıya buraxılmamasının səbəbi aydın oldu

UEFA Avropa Liqasının I təsnifat mərhələsi cavab qarşılaşmasında Bakıda Albaniya “Laçi”sini qəbul edəcək paytaxtın “İnter” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Albaniya təmsilçisinin üzvü Argend Mustafanın ölkəmizə buraxılmamasına aydınlıq gətirən klub rəsmiləri ictimaiyyətə aşağıdakı mətni ünvanlayıb.

 

“Albaniya təmsilçisi artıq Bakıdadır və sabah saat 21.00-da qarşılaşma baş tutacaq. Ancaq bu gün bəzi elektron informasiya vasitələrində belə bir məlumat yayılmışdır ki, guya Albaniyanın kosovalı futbolçusu Argend Mustafa Azərbaycana buraxılmamışdır. “İnter” PİK-in rəhbərliyi bəyan edir ki, Azərbaycan Respublikasının Kosovanı müstəqil dövlət kimi tanımadığına görə adı çəkilən futbolçuya viza verilməsinin mümkün olmayacağı barədə "Laçi" klubunun rəhbərliyinə rəsmi məlumat göndərmişdi. Bəzi saytlarda qeyd edildiyi kimi, "Laçi" klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almamışdır.

 

Qeyd edək ki, AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırmışdır. "İnter"PİK-in rəhbərliyi bəyan edir ki, qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirmişdir”.

Xəbər lenti