24 İyul 21:20 Lassana Diarra il yarımdan sonra futbola döndü - FOTO
FUTBOL xəbərləri 24 İyul 21:20
1124 baxış

Lassana Diarra il yarımdan sonra futbola döndü - FOTO

Lassana Diarra yenidən yaşıl meydanlara qayıdıb. Apasport.az saytının məlumatına görə, fransalı futbolçu “Marsel”lə anlaşıb.

 

“Lokomotiv”dan ayrıldıqdan sonra arada yaranmış narazılıq səbəbindən 2014-cü ilin yanvar ayından etibarən oynamasına icazə verilməyən futbolçu haqqındakı FİFA qərarı nəhayət dəyişib.

 

30 yaşlı futbolçu gələn həftədən etibarən yeni klubuna qoşulacaq.

 

Qeyd edək ki, karyerası ərzində “Çelsi”, “Arsenal”, “Real Madrid” kimi klubların şərəfini qorumuş dayaq yarımmüdafiəçisi 28 dəfə də Fransa millisinin forması ilə meydana çıxıb.