15 Oktyabr 15:02 Levandovski “Ginnesin Rekordlar Kitabı”na düşdü
FUTBOL xəbərləri 15 Oktyabr 15:02
1222 baxış

Levandovski “Ginnesin Rekordlar Kitabı”na düşdü

“Bavariya”nın hücumçusu Robert Levandovski “Ginnesin Rekordlar Kitabı”na düşüb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, polşalı forvard buna bir matçda 5 qol vurmaqla nail olub.

 

Məsələ burasındadı ki, 27 yaşlı forvard Almaniya Bundesliqasının VI turunda “Volfsburq”dakı qarşılaşmada bir neçə rekorda imza atmışdı. Belə ki, Levandovski ən tez het-trik (4 dəqiqə), poker (6 dəqiqə) və penta-trikə (9 dəqiqə) imza atmaqla “Ginnesin Rekordlar Kitabı”na düşüb. Bundan başqa, Levandovskiyə qədər heç kim sonradan meydançaya daxil olaraq 5 qol vurmamışdı.

 

Qeyd edək ki, “Bavariya” - “Volfsburq” oyununda birincilər 5:1 hesabı ilə qalib gəlmişdilər.

Xəbər lenti