14 İyul 10:57 Levandovski “Mançester Yunayted” yolunda
FUTBOL xəbərləri 14 İyul 10:57
773 baxış

Levandovski “Mançester Yunayted” yolunda

“Bavariya”nın polşalı hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

 

“Mankunianlar”ın baş məşqçisi Lui van Qal rəhbərliklə söhbətində Levandovskinin oyununu bəyəndiyini bildirib.

 

Təcrübəli forvardın transfer qiyməti 50 milyon avro olaraq, dəyərləndirilir.

 

Qeyd edək ki, Levandovski “Bavariya”ya ötən il Dortmund “Borussiya”sından transfer olunub. O, Münhen klubunun heyətində 49 oyunda 25 qola imza atıb. 

Xəbər lenti