11 Noyabr 14:05 Levandovski məşqdə Robbenlə "dalaşdı"
FUTBOL xəbərləri 11 Noyabr 14:05
817 baxış

Levandovski məşqdə Robbenlə "dalaşdı"

“Bavariya”nın məşqi zamanı xoşagəlməz hal yaşanıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Aryen Robbenlə hücumçu Robert Levandovski arasında söz “davası” baş verib.

 

Futbolçular arasında yaranmış konflikt Levandovskinin sözlərindən sonra daha da böyüyüb. Belə ki, polşalı həmkarının üstünə qışqıraraq, onu eqoist adlandırıb. Digər oyunçuların müdaxiləsi ilə ara sakitləşib. Məşqdən sonra bununla bağlı münasibət öyrənmək istəyən jurnalistlərə Levandovski qısaca “Siz özünüz hər şeyi gördünüz” cavabını verib.

 

Münhen klubunun idman direktoru Matias Zammer isə belə hadisələrin normal olduğunu söyləyib: “Ciddi bir problem yoxdu. Elə mən özüm də futbolçu karyeram ərzində dəfələrlə belə hallarla üzləşmişəm”.

Xəbər lenti